Maraqlı

Qocalar üçün sürücüsüz avtobusların sınanır

21 Sentyabr 2017 08:11
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada "Robot Shuttle" sürücüsüz avtobuslarının sınaqlarına başlanılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, paytaxt Tokionun 15 kilometrliyində yerləşən Nisikita qəsəbəsinin sakinlərinin təxminən üçdə bir hissəsini ahıl insanlar təşkil edir və avtobus və sürücü sayının məhdud olması səbəbindən onlar mənzil başına çatmaqda çətinlik çəkirlər.

Məlumata görə, məhz bu problemin həlli üçün qəsəbədə "DeNA" şirkətinin altınəfərlik "Robot Shuttle" avtonom avtobusunun testlərinə başlanılıb. Sentyabrda başlanan ilk sınaq zamanı nəqliyyat vasitəsi insanları xüsusi stansiyadan tibbi xidmətlərin göstərilməsi üzrə bələdiyyə kompleksinə çatdırıb.

Bildirilir ki, avtobus saatda 10 km sürətlə hərəkət edib, lakin bir sıra test iştirakçıları onun 40 km/saat sürətlə hərəkət etməsini arzulayıb.

Avtobusun sınaqları müxtəlif yol şəraitində keçirilib, eləcə də avtobusun qarşısından keçən insanların onun xəbərdaredici siqnalına reaksiyası öyrənilib.

Yaponiya hakimiyyətinin testin nəticələri əsasında avtomagistrallardakı dayanacaqların sürücüsüz avtobuslar üçün stansiyalara çevrilməsi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Yaxın gələcəkdə yaşlı insanların mağaza, bank, tibbi müəssisə və s. yetişmələri üçün oxşar servisdən istifadə edəcəyi ehtimal olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.