Maraqlı

Gələn il Chrome-da yenilik olacaq

21 Sentyabr 2017 07:41
0 Şərh     Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti 2018-ci ildə yanvarın sonuna kimi "Chrome" brauzerində musiqi və videonun avtomatik işə düşməsini bloklayan funksiyasını əlavə edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cari ilin oktyabrında "Google" şirkəti tərəfindən çıxarılacaq "Chrome 63" brauzerində avto pleyerə malik saytlarda səsin söndürülməsi üçün seçim əlavə ediləcək. Çarxlar avtomatik göstərilsə də, amma insanı qıcıqlandıran səs söndürülmüş olacaq.

Gələn ilin yanvarında "Chrome" brauzerində avtomatik pleyeri tamamilə bloklamaq imkanı əlçatan olacaq. Bu halda internet nəhənginin "ağıllı" alqoritmi istifadəçilərin davranışını təhlil edərək onların icazəsi ilə videoları avtomatik göstərəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.