Maraqlı

Hərbi təlimlərdə vertolyot tamaşaçılara raket zərbəsi endirdi - VİDEO

19 Sentyabr 2017 15:02
0 Şərh     Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbdə böyük narahatlıqla izlənilən Rusiya-Belarus hərbi təlimləri zamanı Sankt-Peterburq yaxınlığındakı "Lujsk" poliqonunda Ka-52 vertolyotundan buraxılan "hava-yer" raketi tamaşaçıların yaxınlığına düşüb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, insident vertolyotların poliqonda növbəti vəzifəni yerinə yetirməsi zamanı baş verib, hansısa səbəbdə raket kursdan yayınıb və tamaşaçıların dayandığı tərəfdə partlayıb. Bu zaman azı iki avtomobil yanıb, qəlpələr iki nəfəri ağır yaralayıb. Onların jurnalistlər olduğu bildirilir.

"Bu, hansısa tamaşa ərəfəsində məşq idi. Çox güman ki, jurnalistlər zərər çəkdilər", - şahidlərdən biri 66.ru saytına bildirib. İnsidentin ötən gün baş verdiyi bildirilir. "Lujsk" poliqonuna "Qərb-2017" təlimlərini izləmək üçün çoxsaylı jurnalistlər, o cümlədən Qərb jurnalistləri toplaşıb. Prezident Vladimir Putin də ötən gün həmin poliqonda təlimləri izləyib. İnsidentin Putinin poliqona gəlişindən əvvəl baş verdiyi təxmin edilir. Rusiya Müdafiə Nazirliyi insident barədə məlumat yaymayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Вертолет выпустил ракеты по зрителям во время учений под Санкт-Петербургом

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.