Maraqlı

500 il öncə tanrılara qurban verilən qız bəşəriyyəti xilas edə bilər - FOTO

20 Sentyabr 2017 07:48
0 Şərh     Baxış: 2 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səyahətçi Xristofor Kolumb Amerikaya getməzdən öncə qitənin ən böyük imperatorluğu İnka adlı dövlət olub. Bu imperatorluq yox olmağa məcbur qalsa da, Cənubi Amerikada dərin izlər qoyub. Hazırda bu imperatorluqla bağlı bir çox tarixi araşdırmalar aparılır.

Milli.Az xəbər verir ki, bu araşdırmalardan biri də Argentinada aparılıb.

Bu zaman Llullaillabur dağında Meyden adlı qızın mumiyası tapılıb.

Tarixçilər ehtimal edir ki, 15 yaşlı qız inkalar tərəfindən tanrılara qurban edilib. Onun donmuş haldakı vücudu yüzillər keçməsinə rəğmən, zərər görməyib.

Həkimlər Meydenin bədənində aparılan tibbi ekspertizadan sonra təəccüb içində qalıblar. Sən demə, azyaşlı qıza qurban verilməzdən öncə spirtli içki verilib. Əlavə olaraq, onun vücudundan vərəm virusuna bənzər bekterial infeksiya tapılıb.

Meydenin mumiyası sayəsində modern tibbdə inqilabi yeniliklər olacağı ehtimal edilir.

Tibb dünyası gənc qızda tapılan bakteriyalar sayəsində bu gün müalicəsi olmayan bir çox xəstəliyin həllinin tapılması üçün işlərə start verib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.