Maraqlı

Dilarə Londonu şoka saldı - Belə geyimlər hələ görünməmişdi - FOTO

19 Sentyabr 2017 12:37
3 Şərh     Baxış: 2 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk modelyer Dilarə Fındıkoğlu dünya modasının yeni superulduzudur.

Britaniyanın paytaxtı London şəhərində keçirilən "London Fashion Week"də 26 yaşlı modelyerin yeni kolleksiyası nümayiş olunub.

Milli.Az Fashion-a istinadən bildirir ki, viktorian və qotik stillərin qarışığı olan kolleksiya nekromantiya obrazları da vardı. Üstəlik, kolleksiyada Tim Bertonun filmlərinin təsiri də hiss olunurdu.

Podiuma modellərlə bahəm, reper Bruk Kendi və rəssam Vaylet Çaçki də çıxmışdılar.

Dilarə Fındkoğlu moda aləmində son vaxtlar çox sürətlə populyarlaşan modelyerdir.

Onun kolleksiyaları "Vogue"dan tutmuş "Dazed&Confused"ədək reklam edilir.

"Roberto Cavalli" moda brendi 26 yaşlı Dilarəyə baş dizayner postunu təklif edib, dünyanın ən ekstravaqant müğənnisi Ledi Qaqa isə onu "gələcəyin modelyeri" adlandırıb.

D.Fındıkoğlunun daimi müştəriləri arasında Rianna, Ledi Qaqa, Sindi Krouford, Cessi Ci, Beyonse Nouls və başqa ulduzlar var.

Britaniya mediası kolleksiyanı "Londonu şoka salan geyimlər" təki dəyərləndirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.