Maraqlı

"Daha gözəl" olmaq üçün 200 əməliyyat keçirdi - VİDEO - FOTO

19 Sentyabr 2017 13:31
17 Şərh     Baxış: 3 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çənə sümüyü sındırılaraq forması dəyişdirilib, 6 qabırğası çıxardılıb, sinəsinin ölçüləri böyüdülüb, qulaqların forması və özlərinin rəngi dəyişib və s...

ABŞ-ın Şimali Karolina ştatından olan 27 yaşlı Piksi Foks indiyədək 200 plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, əməliyyatlara 700 min dollar xərcləyib. Həmin əməliyyatlar arasında lipopksasiya, labioplastika, liftinq və s. də var.

Britaniyanın İTV telekanalındakı "This Morning" proqramında aparıcılar Holli Uilloubi və Filipp Şefildin qonağı olan P.Foksun dediyinə görə, moda aləminin ulduzu olmaq istəyir və bu məqsədlə özünün baş qəhrəman olacağı komikslər seriyası da hazırlayır.

"Bunu natamamlıq kompleksinə görə etmirəm. Gözəllik biznesini, moda aləmini inkişaf etdirmək istəyirəm. Ulduz xəstəliyinə də tutulmamışam", - plastik cərrahiyyə "narkomanı" P.Foks deyib.

Bu yaxınlarda Cənubi Koreyaya yollanaraq Seulda plastik cərrahiyyə əməliyyatına məruz qalan Piksi Foksun dediyinə görə, çənə sümüyü sındırılandan sonra bir həftə nə danışa, nə də yeyə bilib: "Daha əvvəl Hindistana yollanaraq gözlərimdə əməliyyat oldum və gözlərimin rəngini tünd mavi etdim".

Onun sözlərinə görə, boynunda yeni əməliyyata hazırlaşır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.