Maraqlı

Emmy: ən yaxşı seriallar və aktyorlar seçildilər - VİDEO - FOTO

18 Sentyabr 2017 09:42
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Handmaid's Tale" və "Veep" serialları Emmy mükafatlarının təqdimat mərasimində əsas ödüllərə layiq bilinib.

Milli.Az bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles ştatında, "Microsoft Theater"də keçirilən "69th Emmy Awards" mərasimini CBS telekanalı translasyia edirdi.

"The Handmaid's Tale" serialı əsas nominasiyanın qalibi olub. Serialda baş rolda oynayan aktrisa Elizabet Moss "Dramatik serialın ən yaxşı aktrisası" nominasiyasında mükafat alıb.

"Ən yaxşı komediya serialı"nda "Veep" bütün rəqibləri üstələyib. Baş rolda oynamış Culiya Luis-Dreyfus isə "Komediya serialının ən yaxşı aktrisası" janrında artıq 6-cı "Emmy"sini alıb.

"Dramatik serialda ən yaxşı aktyor" nominasiyasında mükafat "This Is Us" serialındakı roluna görə Sterlinq Brauna verilib.

"Komediya serialında ən yaxşı aktyor" mükafatına isə "Atlanta" serialındakı roluna görə Donald Qlover layiq bilinib.

"Ən yaxşı mini-serial" mükafatı "Big Little Lies"a verilib. Bu serialda baş rollardan birində oynamış Nikol Kidman "Mini-serialda ən yaxşı aktrisa" nominasiyasında ödül alıb.

"Mini serialda ən yaxşı aktyor" adına "The Night Of"dakı roluna görə Riz Əhməd layiq görülüb.

"Komediya serialında ikinci planın ən yaxşı aktyoru" mükafatını "Saturday Night Live" teleşousunda ABŞ prezidenti Donald Trampa parodiyaya görə Alek Bolduin alıb.

Prezident seçkilərində D.Trampın rəqibi olmuş Hillari Klintonu həmin şouda parodiya etdiyinə görə Keyt Makkinnona da "Emmy" verilib.

"Emmy"nin nominantları iyulda elan edilmişdi.

"Emmy" mükafatı teleşoular və seriallardakı uğurlara görə verilir. Televiziya sahəsində ABŞ-ın ən əsas mükafatı olan bu mükafatı hər il Amerika Televiziya Akademiyası verir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Объявлены лауреаты премии "Эмми"

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.