Maraqlı

Qoxu hissini itirmənin səbəbləri və müalicəsi

19 Sentyabr 2017 23:45
0 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qoxu ala bilmək üçün, insanın qoxu pozuntusu kimi bir halı yaşamamaq üçün qoxu molekullarının qoxu bölgəsinə çatması lazımdır. Əgər burun boşluğunda iltihab ya da şiş kimi narahatlıqlar, burun sümüyü və qığırdağında əyriliklər, burunda ət, sinuzit və üst tənəffüs yolu infeksiyaları varsa, qoxu hiss etməyə mane olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aşağıdakı vəziyyətlər qoxu hiss etməyə təsir edən faktorlar arasında iştirak edir:

- Yaşın irəliləməsi
- Dərmanlar və toksik maddələr
- Virus mənşəli soyuqlama
- Əsəb xəstəlikləri
- Qəzaların səbəb olduğu baş zədələri
- Şəkər xəstəliyi
- Yüksək təzyiq
- Diş və diş ətində meydana gələn infeksiyalar
- Xərçəng müalicələrində istifadə edilən şüa terapiyası
 
Qoxu hiss etməmənin müalicəsi
Narahatlığın müalicəsi bu vəziyyətə səbəb olan faktora görə edilməlidir. Bəzi üsullar ilə də problemin əsl qaynağı tapıla bilər. Qoxu analizləri ilə qoxu itkisinin səviyyəsi təyin oluna bilər. Allergiyalar, sinuzit, burunda meydana gəlmiş olan forma pozulmları və burun polipləri tibbi müalicələr ilə ya da əməliyyat ilə ortadan qaldırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.