Maraqlı

Facebook-un mobil tətbiqində səsli köməkçi aşkar edildi

19 Sentyabr 2017 08:46
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook"un, özünün səsli köməkçisi üzərində çalışdığı barəsində yeni məlumatlar ortaya çıxıb.

Şirkətin hazırladığı səsli köməkçi, Siri və Alexa ilə rəqabət aparacaq. Son zamanlarda olan trendə əsasən hansısa şirkətin yeni məhsulu haqqında məlumatlar əsasən artıq istifadə olunan məhsulların sistem kodlarında aşkar edilir. Buna misal olaraq iPhone X haqqında məlumatların necə yayıldığını göstərmək olar. Bu dəfə bu cür hadisə, "Facebook" ilə baş verdi. Belə ki, proqramçı Blake Tsuzaki, Facebook-un mobil tətbiqinin son versiyasında, səsli köməkçiyə işarə edən məlumatlar aşkar edib. Əldə olunmuş məlumatlara əsasən səsli köməkçi, standart sorğuları yerinə yetirəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, yəni, o, məlumat axtaracaq, istifadəçiyə müəyyən təklifləri edəcək və ya məsələn hər hansısa bir idman növündə hansı idman komandasının qalib gəlmə ehtimalının yüksək olduğunu təyin edəcək. Tsuzaki qeyd edib ki, tətbiqin sistem kodunda səsli köməkçi barəsində izlərə ilk dəfə bu ay rast gəlib. Hal hazırda o deaktiv edilib. Lakin proqramçının bildirdiyinə görə o, səsli köməkçi vasitəsilə bir neçə sorğunu yerini yetirib. Ənənəvi olaraq "Facebook" bu barədə heç bir məlumat verməyib. Şirkət sadəcə bildirib ki, hal hazırda tətbiqdə səsli köməkçi funksiyası yoxdur və hətta çox kiçik auditoriya daxilində belə, test edilmir. Şirkətin, özünün səsli köməkçisini yaratması barəsində şaiyələr çoxdan yayılmışdır. Lakin şirkət heç vaxt həmin məlumatları təsdiq etmirdi. Bununla yanaşı şirkətə yaxın olan şəxslərin məlumatlarına əsasən səsli köməkçi üzərində bir neçə müddət bundan öncə yaradılmış və istehlakçı texnologiyasından cavabdeh olan şöbə çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.