Maraqlı

İnsan beyni "əşyalar interneti"nə qoşulacaq

19 Sentyabr 2017 08:41
0 Şərh     Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrikada Vitvatersranda Universitetinin tələbələri tərəfindən hazırlanmış neyron kompüter interfeysi insan beyninin aktivliyi haqda məlumatları toplamaq və onları kompüter təlimi üçün material kimi istifadə etmək qabiliyyətinə malikdir. Layihə "Brainternet" adlandırılıb. Hazırlama haqqında universitetin saytında press-reliz bildirir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, istehsalçılar beynin aktivliyini qeydə almaq üçün "EMOTIV EPOC" adlı 14 kanallı elektroensefaloqrafdan istifadə ediblər. O, böyük yarımkürələr qabığının müxtəlif zonalarında yerləşmiş 14 nöqtədə beynin elektrik aktivliyini qeydə alır. Məlumatın toplanması üçün istifadə edilən elektrodlu simsiz plastik şlem insana gündəlik məsələləri yerinə yetirməkdə mane olmur. Toplanılmış məlumatlar dayaq vektorları metodu əsasında yaradılmış alqoritmin köməyi ilə emal edilir. Daxil olan informasiyanı təhlil edən alqoritm beynin elektrik aktivliyinin konkret nümunələrini müəyyən hərəkət tipi ilə əlaqələndirir. Məsələn, sistem insanın hərəkət etdiyini, yaxud dayandığını müəyyənləşdirə bilir.

İstehsalçılar gələcəkdə "Brainternet"i "Əşyalar interneti" sistemlərinə qoşulmaq qabiliyyətinə malik elementlərdən birinə çevirməyi planlaşdırırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.