Maraqlı

“Anam pedofil idi, mənimlə cinsi yaxınlıq etmək istəyirdi” – Qadın müğənnidən etiraf

16 Sentyabr 2017 22:49
9 Şərh     Baxış: 29 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TV proqramlarının birində qonaq olan dünya şöhrətli irlandiyalı müğənni Sayned Konnor dəhşətli etiraflar edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ifaçı uşaqlığının cəhənnəm əzabı olduğunu bildirərək keçirdiyi həyatı bu sözlərlə ifadə edib:
"Valideynlərim ayrıldıqdan sonra bacılarım və mən anamla bir evdə yaşamağa başladıq. Anam yaxşı deyildi. Sanki sadist bir pedofil idi. Elə bil onu şeytan ələ keçirmişdi. Fiziki olaraq bizi incidəndə üzündə gülümsəmə olurdu. O, bundan zövq alırdı. Anam bizi hər gün döyürdü. Həmişə mənə "kaş ki, sən doğulmazdın" deyirdi. O, oğlan uşağı arzu edirdi. Ona görə də məni oğlan kimi geyindirib, saçlarımı qısa kəsdirirdi".
Yay tətillərinin də dəhşətli keçdiyini bildirən ifaçı sözlərinə belə davam edib:
"Anamın ayaq səslərini eşidəndə dəhşətli bir günə oyandığımızı bilirdik. O, mənimlə cinsi yaxınlıq etmək istəyirdi. Bu işgəncələr 13 yaşımadək davam etdi. Nəhayət, 13 yaşımda evdən qaçdım və canımı qurtardım".
Anasının 1986-cı ildə yol qəzasında öldüyünü deyən müğənni onu bağışladığını bildirib:
"Ona baxa bilmədiyim üçün çox peşmanam. Kaş əlimdən bir şey gələrdi və onu bu cəhənnəmdən qurtarardım".
Qeyd edək ki, 50 yaşlı S.Konnor danışarkən göz yaşlarını saxlaya bilməyib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.