Maraqlı

Gelandewagen-lə evə qayıdanda qəzaya düşdü - FOTO

21 Sentyabr 2017 22:46
0 Şərh     Baxış: 2 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Tyemue Bakayoko məşqdən evə qayıdarkən yol qəzasına düşüb.

Milli.Az The Sun-a istinadən bildirir ki, 23 yaşlı futbolçu klubun Kobhemdəki bazasından dönərkən idarə etdiyi Mercedes G63 Gelandewagen AMG SUV avtomobilinin idarəetməsinin öhdəsindən gələ bilməyib.

Maşın yol kənarına çıxaraq ağaclara çırpılıb.

Əslən Kot-d-İvuardan olan fransalı futbolçu xəsarət almayıb. O, evdədir.

Bakayoko ötən yay "Monako"dan "Çelsi"yə keçib. Bütün turnirlərdə komandanın heyətində 6 matçda meydana çıxan yarımmüdafiəçi 1 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.