Maraqlı

"Xaç atası"nın qohumları seriala hücum çəkdilər - VİDEO - FOTO

20 Sentyabr 2017 15:45
0 Şərh     Baxış: 3 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur "xaç ata"larından biri, mərhum kolumbiyalı narkobaron Pablo Eskobarın qardaşı Roberto de Hesus Eskobar Qaviriya ABŞ-ın "Netflix" korporasiyasına Karlos Munyos Portalın qətli ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi məsləhət bilib.

Milli.Az The Hollywood Reporter-ə istinadən bildirir ki, K.Munyos portal "Netflix"in məhsulu olan "Narco" serialının yeni seriyaları üçün Kolumbiyada natura çəkilişləri ilə bağlı məkanlar arayırdı.

Pablo Eskobarın həyatından bəhs edən "Narco" serialı 2015-ci ildə "Netflix"də nümayiş olunmağa başlayıb.

Üç Eskobar qardaşı arasında yeganə sağ qalanı olan Roberto Eskobar bir zamanlar narkokartelin "xəzinədar"ı və qatillər dəstəsinin rəhbəri olub.

Həbsxanadan çıxandan sonra Roberto Eskobar bir neçə kitab yazıb, "Escobar İnc." şirkətini yaradıb, adını və qohumlarının adlarını ticari brend kimi qeydiyyata aldırıb. O, "Narco" serialında Eskobarlar ailəsindən bəhs olunduğu üçün "Netflix"dən 1 milyard dollar təzminat tələb edirdi.

Portalın qətlindən sonra "Escobar Inc."in direktoru Olof Qustaffs on deyib: "Kolumbiyada narkobaronlar barədə serial çəkmək təhlükəlidir. İnsanlar ölürlər".

Roberto Eskobar isə "Netflixc"dən 1 milyard dollar almaq niyyətini təsdiqləyib: "O pulları almasaq, bu kiçik və eybəcər şounu bağlayacağıq. "Netflix" və ya başqa şirkətin Kolumbiyada qardaşım Pablo barədə məndən icazəsiz film çəkməsini istəmirəm. Bu, çox təhlükəli ola bilər. Xüsusilə də xeyir-duamız olmadan. Bura mənim ölkəmdir. O adamlar anlamalıdır ki, oyun oynamıram. Onların texnikası var, amma mən burada, Kolumbiyada yaşayıram. Anaları gərək o adamları doğmamaydı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.