Maraqlı

Ailəsi ilə birlikdə öldürülən bankir, 60 QƏTL - Bir nömrəli killer yenidən HƏBS OLUNDU - FOTO

13 Sentyabr 2017 22:40
0 Şərh     Baxış: 2 342

Rusiyanın ən çox axtarılan cinayətkarı "Jako" ləqəbli Aslan Qaqiyev onun ekstradisiyası haqqında qərarın qəbul olunmasından sonra yenidən həbs edilib.

Milli.Az xəbər verir ki, iki il təhqiqatdan sonra Avstriya dünən Aslan Qaqiyevin ekstradisiyası barədə Rusiya Baş prokurorluğunun sorğusunu təmin etmişdi.

"Jako"nun ekstradisiyası haqqında danışıqlar 2015-ci ildən davam edirdi.

"Kommersant" nəşrinin yazdığına görə, məşhur killer Vyana Ali Məhkəməsinin ekstradisiya haqqında qərarından sonra yenidən həbs edilib. Məhkəmə binasından təxminən bir kilometr uzaqlaşan Qaqiyevin avtomobili Avstriyanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi tərəfindən saxlanılıb və paytaxtın başqa məhkəməsinə aparılıb. Burada onun yenidən həbsi barədə qərar çıxarılıb.

Bildirilir ki, Avstriya Ədliyyə Nazirliyi ekstradisiya haqqında qərarı təsdiq etmədiyi halda, Qaqiyev həbsxanada qalacaq.

Xatırladaq ki, Qaqiyevin dəstəsi ən amansız cinayətkar qruplaşmalarından biri kimi Rusiyada məşhurdur. O, 2015-ci ilin əvvəlində Vyanada saxlanılıb. Rusiyanın bir nömrəli killeri Rusiyada 60-dan çox sifarişli qətldə ittiham edilir. Onun qurbanları arasında vəzifəli şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, məşhur sahibkarlar və bankirlər də var. Osetinlər tərəfindən yaradılan və "Osetinli killerlər" adı ilə tanınan cinayətkar qruplaşmanın qurbanları arasında müflisləşmiş "Sodbiznesbank" və "Kredittras" banklarının sahibi Aleksandr Slesarevin də adı var. O, həyat yoldaşı və övladı ilə birlikdə güllələnib. 2008-ci Vladiqafqaz meri Vitali Karayev də killerlər tərəfindən öldürülüb.

Cinayətlər 2005-2010-cu illərdə Moskva və Şimali Qafqaz regionları ərazisində törədilib.

Hazırda cinayətkar qruplaşmanın 17 üzvü müxtəlif müddətə, bəziləri isə ömürlük azadlıqdan məhrum edilib, 8 nəfər isə beynəlxalq və federal axtarışa verilib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.