Maraqlı

Amerikanın tanınmış dizayneri möhtəşəm kolleksiyasını təqdim etdi - FOTO

13 Sentyabr 2017 23:04
0 Şərh     Baxış: 661

Dünən "Carolina Herrera" moda evinin yaz-yay kolleksiyası təqdim olunub.

Milli.Az xəbər verir ki, həmişə təmkinli və zərif dizayner Karolina Errera bu mövsüm bir qədər seksuallığa meyl edib. Onun 2018-ci ilin yaz-yay kolleksiyası göy qurşağının bütün rənglərindən ibarətdir, üstəlik bu rənglər bir-biri ilə yaxşı yola gedir. Hətta ayaqqabılar rəngbərəng təqdim olunub. Yeri gəlmişkən qeyd edək ki, onlar Manolo Blaniklə birlikdə hazırlanıb.

O, öz kolleksiyalarını digərlərindən fərqləndirməyi bacarır, alıcılarını isə parlaq və zərif obrazlarla sevindirməyə çalışır. Bu kolleksiya ilk növbədə parlaq rəng və cəlbedici parçalarla modapərəstləri sevindirəcək. Burada dizayner qeyri-standart örtük və detallar üzərində işləyib.

Nümayişi dizaynerin vizit kartına çevrilmiş qolu qabarıq ağ köynək və yarıqlı qələm ətək geyinmiş model açıq elan edib. Daha sonra podiumda önü düymə ilə bağlanan cins donlar, həmçinin şifon ziyafət libasları təqdim olunub.

Errera cəsarətini məmnuniyyətlə belə izah edib: "Mən çiyinləri enli göstərdim, belin incəliyini vurğuladım və rahat hərəkət etmək üçün yubkalarda qadınlara azadlıq verdim". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.