Maraqlı

Uşağının burnuna maz sürtüb yatmağa getdi, sonra… - Qandonduran TƏFƏRRÜAT

13 Sentyabr 2017 22:20
20 Şərh     Baxış: 20 939

Bu hadisəyə inanmaq çətindir - çünki istənilən halda hamımız soyuqdəymədən qorunmaq üçün məlhəmlərdən tez-tez istifadə edirik.

O, temperaturdan, zökəmdən və başqa soyuqdəymə simptomlarından zərərsiz və çox effektiv vasitə kimi tanınır.

Milli.Az məlumat verir ki, baş vermiş qorxunc hadisə, əsasən də mazları körpə uşaqlar üçün istifadə edərkən ehtiyatlı olmağa vadar edir. Sən demə, mazın istifadəsi ölümlə də nəticələnə bilər.

Bir meksikalı xanım başına gələn fəlakəti mətbuata açıqlamasında məqsədinin, digər valideynlərin onun yaşadığını yaşamamasıdır: öz körpəsinin ölümünü!

İşdən evə gələn qadın öz 2 yaşlı oğlunun otağına girir, onu öpməyə əyilir və hiss edir ki, onda qızdırma var. Bunun adi soyuqdəymə olduğunu düşünən qadın soyuqdəymə əleyhinə vasitə olan sadə mazdan istifadə etmək qərarına gəlir. Bu barədə lifter.com.ua saytı yazır.

Uşağın sinəsini, kürəyini və dodaqlarının üst hissəsini "Viks Aktiv" mazı yaxır ki, uşaq daha yüngül nəfəs alsın. Sonra isə onun üstünü örtərək, öz otağına çəkilir və yatır.

Bir neçə saatdan sonra oyanan ana, görür ki, körpə nəfəs almır...

Ana vaxt itirmədən dərhal uşağı xəstəxanaya aparır, lakin təəssüf ki, həkimlər körpənin həyatını xilas edə bilmirlər.

Həkim rəyində deyilir ki, uşaq mazın tərkibinə daxil olan kamfora ilə tənəffüs yollarının iltihabından ölüb.

Ana ağlına belə gətirməzdi ki, bu vasitə onun uşağını öldürəcək: o, yalnız ona kömək etmək istəmişdi.

Məsələ ondadır ki, böyüklər üçün kamfora faydalıdır, amma yaşı 2-dən az olan uşaqlarda o, seliyin ayrılmasını 60% artırır; selik nəfəs yolunda yığılır və nəfəsi çətinləşdirir.

Mazın etiketində yazılıb ki, yaşı 3-dən aşağı olan uşaqlar üçün istifadəsi qadağandır. Təəssüf ki, meksikalı ana bu xəbərdarlığı görməmişdi.
"Bu hadisə bütün valideynlər üçün dərs olmalıdır: mənim yaşadığım bu dəhşətli hadisəni paylaşmaqda məqsədim odur ki, uşağı adət edilmiş ev vasitələri ilə müalicə etməzdən əvvəl həmişə təlimatı diqqətlə oxuyun və mütəxəssislərlə məsləhətləşin! Lütfən, bu məlumatı hamı ilə bölüşün, yaşadığım ağrını heç kəsin yaşamasını istəmirəm" - deyə, o, mətbuata açıqlamasında bildirib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

20 Şərh:

  • Anonim
    teselli · 13 Sentyabr 22:29113

    qizdirmali usaga hec bir sey elemek lazim deyil. ne maz ne hecne. ancag coxlu maye ,qizdirma salan vasite. ustunu de qalin yox serin elemek lazimdi. mazlardan adi soyugdeyme zamani istifade etmek olar

    Cavab yaz
  • Anonim
    Asi · 13 Sentyabr 22:30324

    Nece yeni uwagin qizdirmasi var ustunu ortur oz otagina cekilir menim oglumun qizdirmasi olanda derman verib kecse bele seherecen yatmirdim o qaldi bawqa otaga qoyub rahat yatasan

    Cavab yaz
    • Anonim
      te · 13 Sentyabr 23:01202

      Bizim qadinlar basqadi.

      Cavab yaz
      • Anonim
        ana · 13 Sentyabr 23:54240

        Allah hec bir anaya bala dagi gorsetmesin...

        Cavab yaz
        • Anonim
          Filiz · 14 Sentyabr 00:1230

          Amin bir ana ucin bundan dehsetlisi yoxdu

          Cavab yaz
        • Anonim
          Ayla · 14 Sentyabr 00:5560

          Amin insAllah bala dagi pis seydi balalara gelen analara gelsin menimde iki balam var Allahim onlari qorusun

          Cavab yaz
        • Anonim
          Ana · 14 Sentyabr 04:2620

          Men niki ile yazdim gorum men niki ile yazan vardi. Ana niki ile yazdim, indi o da vardi. Gorum dey ne tapiram:)

          Cavab yaz
          • Anonim
            Anaya · 14 Sentyabr 17:2830

            Hamımız anayiq.Bu defe kecer.Narahat olmayin.

            Cavab yaz
    • Anonim
      Gulli · 14 Sentyabr 09:0720

      Hə vallah məndə 2 uşağımdada səhərə kimi otururam. Uzanmiram da ki birdən yuxu məni aparar. Uşağlarımdan xəbərim olmaz. Nəyinki yatmaq, bu lap başqa bir yerdə yatizdirib. Bizim qadinlar başqadır başqa.

      Cavab yaz
  • Anonim
    Ayan · 14 Sentyabr 00:0050

    Menim 2 ovladim var. Defelerle xestelenibler ve tebii ki herarette olub ancaq Asi bacinnin soylediyi kimi sehere kimi yatmirdim. Bas ucunda otururdum. Her deqiqe termometrle uwagn temperaturunu olcurdum.. derman , shamlardan tebiki istifade edrdim .. temperatur duwmedikde ise tecili yardim cagirirdig. Yani.. herareti olan ushagi nece ustunu basdirib ve gedib rahat yatmag olar?..

    Cavab yaz
  • Anonim
    Nuniş · 14 Sentyabr 00:3750

    Allah anaya sebr versin hec bir ata ana övladnan imtahan edilmesin

    Cavab yaz
  • Anonim
    aydan · 14 Sentyabr 00:4130

    ne otaga cekilmek sehere qeder basinda durur daji peyvrnd olanda gece qizdirma olar deye yatmiram dehset mence bu ananin sehlenkarligidi

    Cavab yaz
  • Anonim
    ana · 14 Sentyabr 01:2100

    Menim butun werhimi niye vermediz.?

    Cavab yaz
  • Anonim
    Kemale · 14 Sentyabr 06:5920

    Hec bir ana bele olmasini istemezdi e bilsin axi

    Cavab yaz
  • Anonim
    Hop-hop · 14 Sentyabr 08:5220

    Maz yox, AZƏRBAYCAN dilində məlhəm deyilir. Yaxşı maarifləndirici məqalədir. Özbaşına dərmanlardan istifadə ölümlə nəticələnə bilər.

    Cavab yaz
  • Anonim
    Coco · 14 Sentyabr 09:0410

    Oyy bu nece anadi? Oglum oskurende bele narahat oluram. O ki qaldi hele qizdirmasi ola mende gedib yatim hec adamin gozune yuxu girer???

    Cavab yaz
  • Anonim
    Z.A · 14 Sentyabr 09:2210

    Allah butun balalari qorusun

    Cavab yaz
  • Anonim
    kimse · 14 Sentyabr 09:3831

    indi butun "qehreman ana"lar tokulesecek bura.hamida anani ittiham edir.hec bir ana en qusbeyin ana bele balasinnin dirnagina das deymeyine razi olmaz.hec birimzdebu cur hallardan sigortali deyilik.bir saatdan sonra kimin basina ne gelecek melum deyil.odurki burda ettoken serhler yazib bogazdan yuxari danismag lazim deyil

    Cavab yaz
  • Anonim
    Ana · 14 Sentyabr 09:3929

    men de olsam mende ele ederdim yaxsi ovlad yoxdu biyuyub mene ne olacage senallahin insan oz heyatin yasamalidir

    Cavab yaz
  • Anonim
    Meri · 14 Sentyabr 10:5000

    Allah heç bir anaya göstərməsin, sonra isə uşağın qızdırması olanda mən şəxsən səhərə qədər yatmıram, çoxlu, zoğallı çay, su yəni maye çoxlu qəbul etməlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.