Maraqlı

Təcili parolunuzu DƏYİŞİN! - Əgər...

13 Sentyabr 2017 23:10
1 Şərh     Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə hər 5 istifadəçidən birinin parolu oğurlanıb.

Milli.Az bildirir ki, Benkow adlı təhlükəsizlik üzrə parisli mütəxəssis 711 milyon elektron poçt ünvanının cəmləşdiyi və onların parollarının olduğu vahid məlumat bazası aşkar edib. Bu barədə iflscience məlumat yayıb.

Məsələnin ciddiliyini nəzərə alaraq, mütəxəssislər təklif edir ki, təcili bunları etmək lazımdır: haveibeenpwned.com saytında öz elektron poçtunuzun ünvanını daxil edin, əgər sizin poçtunuzun ünvanı oğurlanmışların arasında olarsa, o zaman qırmızı, olmazsa yaşıl bildirişlə rastlaşacaqsınız.

Bunun üçün sadəcə poçt ünvanınızı daxil edin və "pwned?" düyməsini basın.
Əgər sizin poçtunuz təhdid altındadırsa - nəticə qırmızı rənglə işıqlandırılacaq. Bu zaman dərhal parolu dəyişin!

Əgər sizin e-mailiniz bu məlumat bazasında yoxdursa - nəticə yaşıl rəngdə işıqlandırılacaq.

Sayt Troy Hant adlı təhlükəsizlik üzrə məşhur ekspertə aiddir. Onun sözlərinə görə, bu ən böyük vahid bazadır.

Avstraliyalı internet-təhlükəsizliyi üzrə mütəxəssis Troy Hant parolları qıran proqramların öyrənilməsi ilə məşğul olur. O, həmçinin məşhur proqram istehsalçısı, jurnalist və Microsoft şirkətinin proqram memarıdır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.