Maraqlı

Hadisə yerinə gələn polislər gördüklərindən ŞOKA DÜŞDÜLƏR: qadın və kişi qeyri-adi pozalarda...

13 Sentyabr 2017 22:00
9 Şərh     Baxış: 29 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Ohayo ştatının şərqində, Şərqi Liverpul şəhərciyindən olan polislər növbəti çağırışa gələndə, quruyub qalıblar.

Milli.Az bildirir ki, onlar qeyri-adi pozalarda, qabaq oturacaqlarda kişi və qadının tamamilə hərəkətsiz bədənləri ilə rastlaşırlar. Arxa oturacaqda isə durmadan ağlayan 4 yaşlı uşaq var idi.

Məlum olub ki, körpənin valideynləri narkotikdən istifadə zamanı həddən artıq böyük doza qəbul etdikləri üçün özlərində olmayıblar. Zabit Kevin Tompsonun raportunda deyilir ki, bir müddətdən sonra ata özünə gəlib və rabitəsiz nələrsə danışmağa başlayıb. Sonra yenidən yuxuya gedib. Onun arvadı isə yalnız xəstəxanada özünə gələ bilib.

Həkimlər təyin ediblər ki, uğursuz valideynlər təxminən 2 saat narkotikin təsirində bərk yuxuda olublar. Yəni, körpə 2 saat onun valideynlərinə nə olduğunu anlamadan, ağlayaraq onların ayılmasını gözləyib.

Polis eyni zamanda qeyd edir ki, bu fotonu internetə çıxarmaqda məqsəd, ictimaiyyəti narkotiklərdən yayındırmağa çağırması olub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.