Maraqlı

Smartfonla ürəyin fəaliyyətini qiymətləndirmək mümkün olacaq

13 Sentyabr 2017 23:33
0 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Caltech İnstitutunun alimləri adi smartfonun köməyi ilə ürəyin fəaliyyətini qiymətləndirən proqram hazırlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xüsusi proqram smartfonun kamerasını diaqnostika üçün qadcetə çevirir. Onu iki dəqiqə ərzində boyunda saxlamaq lazımdır. Bundan sonra kamera yuxu arteriyasından keçən qanın miqdarını və ürəyin fəaliyyətini qiymətləndirir.

Smartfondan istifadə zamanı yanlışlıq 19 faiz təşkil edib. Bu göstərici standart ultrasəs müayinə zamanı 20 faizə bərabərdir. Prosedur üçün smartfona 2 dəqiqə kifayət edir, exokardioqrafiya isə 30-60 dəqiqə davam edir. Sınaq zamanı "iPhone 5"dən istifadə edilsə də, həkimlər istənilən müasir smartfonun uyğun gələcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.