Maraqlı

1939-cu ildən açılmayan mənzili açdılar - VALEHEDİCİ TƏFƏRRÜAT

9 Sentyabr 2017 18:24
12 Şərh     Baxış: 17 927

Uzaq 1939-cu ildə, almanların Parisi tutacaqları qorxusundan 23 yaşlı gənc qadın tələsik öz mənzilini tərk edib. O, daha təhlükəsiz yerə - cənub istiqamətində yola düşüb.

Milli.Az publika.az-a istinadən bildirir ki, bütün bu illər ərzində qadın kommunal ödənişləri ödəyirdi, amma geri mənzilinə qayıtmırdı. Yalnız 2010-cu ildə, onun ölümündən sonra varislər mənzil haqqında xəbər tutdular. Parisdə mənzili açan qohumları onun kandarındaca donub qaldılar - 1900-cü ilə məxsus mebel və digər XX əsrin əvvələrinə aid aksessuarlar heyrətləndirməyə bilməzdi.

Bəs 70 il insan ayağı dəyməyərək qapalı qalan, yalnız 2010-cu ildə aşkarlanan mənzilin yenidən gündəmə gəlməsinin səbəbi nədir? Məsələ burasındadır ki, oradan tapılan italyan rəssamı Covanni Boldiniyə məxsus "Marta de Florian" adlı rəsm hərracda 3.4 milyon dollara satıldı.

1939-cu ildə mənzilin sahibəsi 23 yaşlı Madam de Florian öz həyatını təhlükəsiz bir yerə daşımağa qərar verir. Çünki alman qoşunları artıq Parisin "bir addımlığında" idilər. O, özü ilə yalnız ən lazımlı əşyaları götürür və mənzili bağlayaraq şəhəri tərk edir.

İkinci Dünya Müharibəsi bitdikdən sonra qadının mənzilə qayıtmaq imkanı var idi, amma məlum olmayan səbəblərdən bunu etməyib. Madam de Florian 70 il mənzilin icarə haqqını ödəyir, lakin qohumlarından heç kəs mənzil haqda bilmirdi. Qadın 91 yaşında öləndən sonra onun əzizləri miras haqqında xəbər tutdular.

Mənzilin içərisindəki əşyaların qiymətləndirilməsi üçün Olivye Şopin-Janvri adlı hərracçı dəvət edilmişdi. Mütəxəssis və onun komandası inanılmaz həyəcanlanmışdılar, çünki anlayırdılar ki, 1939-cu ildən indiyədək bu mənzilə insan ayağı dəyməyib.

"Sanki zaman maşını ilə səyahət etmişdim, hər şey möhtəşəm idi. Burada vaxt donub qalmışdı. Mən ömrümü antikvar əşyalara həsr etmişəm, amma heç vaxt bu qədər həyəcanlanmamışam. Pəncərəyə yaxın getmək istəmirdim, axı oradan müasir Paris görünəcəkdi. Mənzildə bir neçə saat 1930-cu illərdə yaşadım... Təsəvvür etdiklərimi rabitəsiz danışıram, çünki həyəcanımı sizə çatdıra bilmirəm", - Olivye Şopin-Janvri bildirib.

Bir neçə rəsm və əşya çıxardılaraq yerə və masanın üstünə qoyulmuşdu. Mümkündür ki, Florian onları götürməyi planlaşdırırdı, lakin ola bilsin, yüklə gedə bilməyəcəyini düşünərək, fikrindən daşınıb.

Əl işi olan, o dövrün tualet masasında bir çox kosmetik qutu dururdu, saçlar üçün şotkalar, zəngli saat... Bütün bunlar toz və torla örtülmüşdü.

Mənzildə ən qiymətli əşya çəhrayı donlu xanımın təsviri əks olunan şəkil idi. Bu, mənzili tərk edən 23 yaşlı madam de Florianın nənəsi, mənzilin əvvəlki sahibəsi - Marta de Florianın şəkli idi.

Marta de Florian

1880-ci illərdə o, səhnədə ulduz olaraq parlayırdı, baş nazir və prezident də daxil olmaqla ən yüksək vəzifəli şəxslərin arasında pərəstişkarları var idi.

Covanni Boldini

Portret italyan rəssamı Covanni Boldininin fırçasının məhsulu idi. Mənzildə həmçinin rəssamın Marta de Florianın pərəstişkarı olduğunu sübut edən sevgi etiraflı məktubları tapılmışdı. Şəkil isə müasir hərracda 3.4 milyon dollara satıldı. Bu, sözügedən rəssamın ən bahalı əsəri oldu.

Florianların varis qohumları, sözsüz ki mirasdan razı qaldılar, amma onlar hələ də anlaya bilmirlər ki, nənə ölümünə qədər mənzil haqda sirri niyə açmırdı.

Milli.Az

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Emmaa · 9 Sentyabr 18:33110

    Necede tesirlendirici sözlerle ifade edib

    Cavab yaz
  • Anonim
    LADY- L · 9 Sentyabr 20:21220

    Gorunur cox avam milletdi fransizlar. Bizde bele bir ev olsaydi heyasiz qonshular coxdan o evi resmileshdirib kecirtmishdiler pencelerine. Qonshulara qeder de ogrular icindekileri silib-supurub aparmishdilar )

    Cavab yaz
  • Anonim
    ana · 9 Sentyabr 21:00110

    Cunki medeniyyetleri var bawqasinin menziline girmezler Bizde olsaydi coxdan qapini qirib silib supurmuwduler Neceki bednam qonwularimiz qacanda bele etdiler Bizimkileride ele gonderdiler Allah belalarini versin Bir sozle haram mal hec kime ne baw ucaligi nede xeyir getirmir Ermeniperest fransizlar yeqinki bunu anlamaz Ev yeqin giz altinda olub cunki qadin evin kommunal pullarini odeyirmiw

    Cavab yaz
    • Anonim
      Paradoks · 10 Sentyabr 01:5740

      Salam. Ele dediniz lap 1 denede fransiz ogru olmadigina inandim. Hal hazirda deb hali alib ikme baxirsan ya bagli konteynerde 20 -30 ilin avtomobilin tapir ya ev ya Tutanxamonun tesbehin.... hamisi herrracda satilmasi ucun nezerde tutulan oyunlardi

      Cavab yaz
  • Anonim
    Adi insan · 9 Sentyabr 21:1990

    Bir dene bele nenemiz de olmadu.

    Cavab yaz
  • Anonim
    teselli · 9 Sentyabr 22:1721

    maraqlidi. tesirlidi

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 10 Sentyabr 01:1040

    Kaşki,menim nenem olaydı,yada heç olmasa qohumları olaydım ehhh...

    Cavab yaz
  • Anonim
    samir · 10 Sentyabr 08:0350

    nenemin mene tek mirasi 5 eded 72 faiz sabun birde dizine catan tumani olub)

    Cavab yaz
    • Anonim
      Samire Azerbaycanlidan · 10 Sentyabr 13:2210

      Oldum e gulmekden ,))))))Amma men iki neneme de qulluq etmisem,hec bir sey esirgemeden.Allah onlari rehmet etsin,Allah da evezin mene yetirib.

      Cavab yaz
  • Anonim
    Sara · 10 Sentyabr 10:5500

    Mence bu tekrardi, bir defe olub bu meqale

    Cavab yaz
  • Anonim
    // · 10 Sentyabr 13:5310

    Sirrin açılmamasının səbəbi ?..Burada sirr yoxdur....Dünya malı çox əzizdir....Həm də o vaxt bu əşyalar adi ev əşyası idi."Varidat"adını qazanmamışdı..Atalar yaxşı deyib: "Saxla samanı, gələr zamanı".70 ildən sonra bizim də əşyamız antikvar olcaq.

    Cavab yaz
  • Anonim
    ana · 10 Sentyabr 16:0110

    Birde yaxwi ogul neynir ata maliniVay cawdim nene malini))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.