Maraqlı

"Miss Top Model Azerbaijan-2018" müsabiqəsinə ərizə qəbulu başladı

5 Sentyabr 2017 17:09
Baxış: 2 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Miss Top Model Azerbaijan"ın digər müsabiqələrdən fərqi ondan ibarətdir ki, bu müsabiqəyə modellik biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər qatıla bilərlər.

Qeyd edək ki, birinci müsabiqənin finalı 17 iyunda keçirilib və "Miss Top Model Azerbaijan-2017"-nin qalibi adına Ceyhunə Əliyeva layiq görülüb. 

Milli.Az bildirir ki, seçim turları sentyabr ayının sonlarında baş tutacaq. Müsabiqənin finalı isə qələn ilin yazında keçiriləcək. Finala hazırlıq vaxtı modellərlə professional xoreoqraflar, quruluşçu-rejissorlar, fotoqraflar və dizaynerlər məşğul olacaqlar. Müsabiqədə 17-26 yaş arası, subay və yalnız Azərbaycan vətəndaşı olan xanımlar iştirak edə bilərlər. 

Müsabiqənin iştirakçıları qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb sənayesinə qatılmaq şansı əldə edəcəklər.

"Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.

"Miss Top Model Azerbaijan"da iştirak etmək üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında anket doldurulmaqla həyata keçiriılir:

http://www.misstopmodel.az/form

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.