Maraqlı

Rusiya çarının podium gözəli qızı - FOTO

22 Sentyabr 2017 23:48
0 Şərh     Baxış: 1 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya çarı 2-ci Pavel Aleksandr Romanovun nəvəsi, imperator 2-ci Nikolayın əmisi qızı olan Natalya Pavlovna Paley tarixdə podium gözəli olaraq tanınır. Aristokrat ailənin qızı olan Nataliya özünün ailə tərbiyəsi, əvəzsiz gözəlliyi və xüsusi cazibəsi ilə dəb anlayışını fransızlardan daha yaxşı təbliğ edirdi. Nataliya o qədər cazibədar və kübar xanım olub ki, Serj Lifar, Lyusyen Lelonq, Jan Kokto, Salvador Dali, Antuan de Sent-Ekzyuperi və Erix Mariya Remark kimi məşhurlar onun pərəstişkarına çevriliblər.

Milli.Az Nataliyanın maraqlı həyat hekayəsini təqdim edir:

Natalya Pavlovna Paley Rusiyanın tarixində önəmli illərdən birində, 1905-ci ildə dünyaya gəlib. Onun atası böyük knyaz Pavel Aleksandr imperator 2-ci Aleksandrın oğlu olub. Nataliyanın dünyaya gəlməsi Romanovlar ailəsində əlamətdar gün olaraq qeyd olunub. Nataliyanın anası, Olqa Valerian Pistolkors çox kasıb və sadə ailənin qızı olub. O dövrdə əsilzadələrin nüfuzsuz ailə ilə qohum olmasına icazə olmadığı və Olqanın daha əvvəllər rus ordusuna qoşulmuş alman zabiti ilə nigahda olduğu üçün bu izdivac baş tuta bilməzdi.

Bu səbəbdən Pavel Aleksandr Olqa ilə münasibətini gizlətmək məcburiyyətində qalıb. Onlar İtaliyanın Livorno şəhərində hər kəsdən gizli şəkildə nigaha giriblər. Hətta Bavariya şahzadəsi Olqa və onun övladlarına Fon Qoqenfelzen qraf titulunu bağışlamasına baxmayaraq, Rusiya qanunlarına görə onların Rusiya imperiyasının ərazisinə girişi qadağan edilmişdi. Gənc cütlük Parisdə qalmağa qərar verir və 1905-ci il dekabr ayının 5-də onların qızı Natalya Pavlovna Paley dünyaya gəlib. 1908-ci ildən sonra isə 2-ci Nikolay qəzəbini bir kənara qoyub onlara mərhəmət göstərərək, Pavel Aleksandr və ailəsinin yenidən vətənə qayıtmasına icazə verib. 1915-ci ildə isə Qoqenfelzenə Paley soyadı altında tarixi knyaz titulu verib.

1917-ci ilin martında Pavel Aleksandr və onun oğlu Vladimir həbs edilir. 2 il sonra onu Petropavlovsk qalasında güllələyirlər. Oğlunu isə diri-diri Alapayevskdəki şaxtaya atırlar. Olqa isə Rusiyadan Finlandiyaya getməyə müvəffəq ola bilir. Rusiyadan qızı ilə birlikdə qaçan Olqa Parisdə onların rahat yaşaması üçün hər cür şəraitlə təmin olunmuş evə gedir. Qızı ilə burada yaşamağa davam edən Olqa Paley qızını cəmiyyətə yararlı biri kimi yetişdirməyə başlayır.

20-ci illər Fransa tarixində modanın ən coşqun illəri hesab olunur. Bu dövrdə çiçəklənməkdə olan dəb sahəsində ən gözəl və qeyri-adi geyimlərə məhz arsitokrat xanımların üzərində rast gəlmək olurdu. Əvvəlki illərlə müqayisədə ən əhəmiyyətli dəyişikliklərin baş verdiyi zamanda dəb ikonasına çevrilən Natalya Paley dəbin ən nadir və təbii görünüşünü podiumlarda nümayiş etdirirdi. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.