Maraqlı

Qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəm deyən Naz: "Dino gəlsə...." - FOTO

24 Avqust 2017 11:52
22 Şərh     Baxış: 18 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədəki evlilik verilişinə qatıldıqdan sonra fotoları və replikaları ilə gündəm olan azərbaycanlı gəlin namizəd Naz Mila ( Müşginaz) ötəngünkü "Kopenhagen" - "Qarabağ" qarşılaşması ilə bağlı vəd vermişdi. O bildirmişdi ki, "Qarabağ" qalib gələrsə, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcək.

"Onu 3 gün ən bahalı maşın və otellə təmin edəcəm".

Milli.Az bildirir ki, oyundan sonra Naz verdiyi sözlə bağlı paylaşım edib. Naz qeyd edib ki, "Qarabağ" qalib gəlmədiyinə görə vədi qüvvədən düşmüş hesab olunur.

"Xatırladım ki, turu keçərsə, deməmişəm, qalib gələrsə, demişəm. Ona görə də qonaqlıq yoxdu. Amma canımız qurban olsun vətənimizə. Dino gəlsə, başımız gözümüz üstündə yeri var. Mən qələbəni qeyd etmək üçün Türkiyəyə gedirəm".

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.