Maraqlı

""Qarabağ" qalib gəlsə, ərə gedəcəm"- Teleaparıcıdan cəsarətli FOTOlar

23 Avqust 2017 17:49
46 Şərh     Baxış: 9 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış teleaparıcı Mələk Heydərova "Qarabağ" futbol klubuna dəstək məqsədilə fotosessiya etdirib.
 
Milli.Az bildirir ki, azxeber.com-un layihəsi çərçivəsində obyektiv qarşısına keçən teleaparıcı deyib:

"Bu gün "Qarabağ" "Kopenhagen"lə tarixi oyuna çıxır. Mən də sevimli klubumuza dəstək məqsədilə fotosessiya etdirmək qərarına gəldim. Əminəm ki, futbolçularımız bu gün uğurlu çıxış edəcək. Ancaq onu deyə bilərəm ki, "Qarabağ" qalib gəlsə də, gəlməsə də, bizim üçün qalibdir. Bu klub tarix yazmağı bacarıb".
 
Mələk Heydərova, həmçinin sosial şəbəkələrdə günün trendi olan "Qarabağ qalib gəlsə, nə edəcəksiz?" sualına da cavab verib: "Bu gün sosial şəbəkələrdə hərə bir fikir yazır. Mən də düşündüm ki, nə edə bilərəm. Ağlıma gələn ilk fikir bu oldu: ""Qarabağ" bu gün qalib gəlsə, ərə gedəcəm (gülür)".
 
Teleaparıcı, həmçinin deyib ki, yaxın zamanlarda yeni serialda rol alacaq, eyni zamanda televiziya verilişi ilə tamaşaçıların görüşünə gələcək. 
 
Mələk Heydərovanın "Qarabağ"a dəstək fotosessiyasını təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.