Maraqlı

Bütün zamanların ən yaxşı komediya filmi

23 Avqust 2017 21:27
1 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya kinosunun 100 ən yaxşı komediyasını müəyyənləşdirmək üçün "BBC Culture" tərəfindən sorğu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sorğuda 52 ölkədən 253 kinotənqidçi iştirak edib.

Sorğunun nəticələrinə görə, amerikalı rejissor Billi Uaylderin "Cazda yalnız qızlardır" filmi bütün zamanların ən yaxşı komediyası seçilib. İkinci yeri Stenli Kubrikin "Doktor Streynclav", üçüncü yeri isə Vudi Allenin "Enni Holl" filmi tutub. İlk beşliyə, həmçinin Harold Ramisin "Marmot günü" və Leo Makkerinin "Ördək şorbası" filmi daxildir.

Xatırladaq ki, avqustun 22-də "Forbes" jurnalı bu il ən çox qazanan aktyorların siyahısını dərc edib. Siyahıya 68 milyon dollar qazanan Mark Uolberqin adı birinci yerdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.