Maraqlı

Stalinqrad döyüşünün FOTOları

23 Avqust 2017 13:02
3 Şərh     Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Dünya Müharibəsinin ən qanlı savaşı sayılan Stalinqrad döyüşündən 75 il keçir. Bu münasibətlə həmin döyüşdə çəkilmiş ağ-qara fotolar müəyyən manipulsiyalardan sonra rəngli formatda təqdim olunub.

Milli.Az bildirir ki, Hitler Reyxinin "belinin qırıldığı" və müharibənin gedişatının dəyişdiyi Stalinqrad döyüşlərinin qəhrəmanları arasında üç nəfər xüsusilə seçilib.

Snayper Mixail Passar bu döyüşlərdə 235 faşisti məhv etmişdi. 20 yaşlı snayper Stalinqradın Qorodinşenskoe rayonundakı Pesçanka kəndi uğrunda gedən döyüşlərdə həlak olub.

İkiqat Sovet İttifaqı Qəhrəmanı, general-polkovnik Aleksandr Rodimtsev Stalinqrad döyüşlərində 13-cü qvardiya atıcı diviziyasının komandiri idi. Məhz Rodimtevin əsgərlər Mamay kurqanı ilə Saritsin dərəsi arasında almanların hücumlarının qarşısını almışdı.

Snayper Vasili Zaytsev Stalinqrad döyüşlərində 225 düşmən əsgərini, habelə 11 snayperi məhv etmişdi.

2011-ci ildə çəkilən və baş rolda Cud Lounun oynadığı "Enemy at the Gates" filmi məhz V.Zaytsevdən bəhs edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.