Maraqlı

Nüsrətin "erməni sevgisi" azərbaycanlıları qəzəbləndirdi - VİDEO

23 Avqust 2017 11:51
9 Şərh     Baxış: 4 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Duz tökmə" hərəkəti ilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türk aşpaz Nüsrət Gökçenin öz "Instagram" hesabında paylaşdığı görüntülər azərbaycanlıların qəzəbinə səbəb olub.

Milli.Az oxu.az-a istinadla bildirir ki, videoda  Nüsrət ermənilərin "Migena" mahnısının sədaları altında rəqs edib.

Videoya 34 mindən çox istifadəçi şərh yazıb. Əksəriyyəti azərbaycanlılar olan istifadəçilər Nüsrətdən bu görüntüləri silməsini istəyiblər. Lakin Nüsrət Gökçə onların rəylərini nəzərə almayıb.

Qeyd edilir ki, Nüsrət hətta Bodrumdakı restoranında da erməni mahnılarını oxudub. Orada istirahət edən azərbaycanlılar isə buna etiraz əlaməti olaraq məkanı tərk ediblər.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri Nüsrətin ermənilərə olan bu "sevgisini" anlamadıqlarını bildiriblər. Həmyerlilərimiz Türkiyədə erməni mahnılarını dinləmək məcburiyyətində qaldıqlarına görə narazıdırlar. 

Nüsrət Gökçə isə bildirib ki, "Instagram"da paylaşdığı videonu silməyəcək və Bodrumdakı restoranlarında hansı mahnını istəyir, onu da dinləyəcək.

Azərbaycanlılar sosial şəbəkələrdə kütləvi şəkildə Nüsrət Gökçəyə məxsus obyektlərdən uzaq durmağı təbliğ edirlər. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nüsrət Gökçənin

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.