Maraqlı

Aparıcı ilə sevişərkən tutulan qardaşı qızı: "Əmimlə otel otağında elə şəkillərimiz var ki..." - VİDEO - FOTO

23 Avqust 2017 10:53
11 Şərh     Baxış: 22 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aparıcı Murat Başoğlunun birlikdə tutulduğu qardaşı qızı Burcu Başoğlunun yoldaşını dilə tutmağa çalışdığı ortaya çıxıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Murat Başoğlunun yaxtada yoldaşını aldatdığı qadının qardaşı qızı olduğu dəqiqləşib. Qardaş qızı Burcu Başoğlunun yoldaşı Selçuk Kabadayı ilin qalmaqalından sonra boşanma iddiası açıb. İddiada Burcu Başoğlunun yoldaşını yola gətirmək üçün "Daha pis fotolar var" dediyi ifadələri yer alıb.

"MƏNİM əyildiyim, əmimin arxamda olduğu fotolar var"

Görüntülərin ortaya çıxmasından sonra tərəflərin Murat Başoğlunun evində bir araya gəldiyinin qeyd edildiyi ərizədə "Hande xanım, həyat yoldaşı Murat Başoğluna "Açıqlama verməyiniz lazımdır. Nə edirsiniz gizli-gizli, danışmayacaqsınızmı?"" deyə israr etdiyi bildirilir. Murat Başoğlu öz qardaşı qızı Burcu Başoğlu Kabadayıya "Burcu, artıq göstərirəm, nə edim" deyib və telefonundan bir fotonu göstərib. Bundan sonra Selçuk Kabadayı evdən çıxarkən, Burcu Başoğlu Kabadayı yoldaşına "Başqa fotolar da var. Mənim əyilərkən durduğum, arxamda əmimin olduğu fotolar da çıxacaq. Çox rüsvayçılıq çıxacaq. Sən də artıq məni boşayarsan" söylədiyi ərizədə yer alıb.

Əmisinin öpdüyünü, onun da qarşılıq verdiyini etiraf etdi

Ərizədə "Burcu Başoğlu Kabadayı, bu vəziyyətin ilk olmadığını, bu hadisədən bir həftə əvvəl əmisi ilə Çeşmeyə getdiklərini və oradakı oteldə birlikdə qaldıqlarını və otel otağında da əmisinin onu öpdüyünü, onun da qarşılıq verdiyini etiraf etmişdir. Həm həyat yoldaşı həm də Murat bəy hadisəni ört-basdır etmək üçün təzyiq edir. Selçuk bəyin psixologiyası alt üst olub" deyilib.

Burcu Başoğlunun həyat yoldaşı Selçuk 4 milyon TL-lik təzminat tələb edir.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aparıcı ilə sevişərkən tutulan qardaşı qızı:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.