Maraqlı

"Facebook" şirkəti "Safety Check" funksiyasını yeniləyib

23 Avqust 2017 06:30
0 Şərh     Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsi "Safety Check" funksiyasını (təhlükə zonasında olan istifadəçilər bu funksiya vasitəsilə öz dostlarını xəbərdar edə bilərlər) daima işləyən ayrıca bölmə şəklinə salıb. İndi bütün dünyada təhlükəli vəziyyətlər haqda məlumatlar yeni bölmədə toplanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin planına görə, evdən uzaqda olan və çətin vəziyyətə düşən istifadəçilər bu funksiya vasitəsilə yardım tapa, yaxud da bədbəxt hadisələrdə insanlara kömək edə biləcəklər.

Şirkət rəsmiləri bildirirlər ki, yeni bölmə yaxın həftələrdə "Facebook"un veb-versiyası və sosial şəbəkənin mobil proqramının bütün istifadəçilərinə əlçatan olacaq.

Qeyd edək ki, "Safety Check" xəbərdarlıqlar sistemi bir neçə dəfə yanlış aktivləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.