Maraqlı

Ən çox qazanan aktyor bilindi - REYTİNQ

22 Avqust 2017 15:21
0 Şərh     Baxış: 1 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı Mark Uolberq bu ilin əvvəlindən bəri ən çox gəlir əldə etmiş aktyor olub.

Milli.Az bildirir ki, o, "Forbes" jurnalının "The World's Highest-Paid Actors 2017" reytinqinə başçılıq edir.

İlin əvvəlindən bəri  Uolberq 68 milyon dollar qazanıb. Bu məbləğin əksər hissəsi "Transformers: The Last Knight" və " Daddy's Home 2" filmlərinə görə alınan qonorarlardır.

"Rock" ləqəbli Dueyn Conson 65 milyon dollarlıq gəlirlə reytinqin 2-ci pilləsində qərarlaşıb.

Vin Dizel isə 54,5 milyonla 3-cü yerdədir.

İlk onluqda Adam Sendler (50,5 milyon dollarlıq gəlir), Ceki Çan (49 milyon), Robert Dauni (48 milyon), Tom Kruz (43 milyon),  habelə Şahruk Xan (38 milyon), Salman Xan (37 milyon) və Akşay Kumar (35,5milyon dollar) var.

2017-ci ildə ən çox gəlir əldə edən aktyor isə 28 yaşlı amerikalı Emma Stoundur. O, ilin əvvəlindən bəri 26 milyon dollar qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.