Maraqlı

Goranboyda qeyri-adi yumurta görənləri təəccübləndirdi - VİDEO - FOTO

22 Avqust 2017 14:48
5 Şərh     Baxış: 4 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda qara toyuqdan qeyri-adi yumurta.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, maraqlı hadisə Goranboyda baş verib.

Rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara rəngli toyuq fərqli görünüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir təsərrüfatında belə hadisə baş verdiyini deyir. Onun sözlərinə görə, qumbara, armud və digər əşyaları xatırladan yumurtanın sarısı yoxdur. 

Simuzər Süleymanova (sakin): "Hər il 300-ə yaxın toyuq saxlayıram. 60 yaşım var, amma hələ belə yumurtaya rast gəlməmişəm. Qonşuları çağırdım gəlib baxdılar. Hamısı gülüb dedi ki, armuda və qumbaraya oxşayır".

Təsərrüfat sahibi canlının hər hansı xəstəliyi olmadığını, ildə 30-dan artıq bala verdiyini deyir. O qədərdə böyük ölçülü olmayan saplaqlı yumurta qonşuların diqqətini daha çox çəkib. Bəziləri gülərək toyuğun belə yumurta verməsinə inanmasa da, digərləri onun foto və videosunu çəkib paylaşmaq qərarına gəlib. Mütəxəssislər isə canlının qeyri-adi formalı yumurta verməsini toyuğun orqanizmində baş verən çatışmazlıqla bağlı olduğunu bidirirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Goranboyda qeyri-adi yumurta görənləri şoka saldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.