Maraqlı

Sumqayıtda 47 yaşlı 20 minlik retro avtomobil - VİDEO - FOTO

22 Avqust 2017 14:07
1 Şərh     Baxış: 2 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxları şəhər küçələrində şütüyən bu avtomobili görəndə təəccübünü gizlətmir. Çünki belə bir nəqliyyat vasitəsinin varlığından xəbərdar deyilik.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, söhbət Sovet avtomobil sənayesinin 1970-1990-cı illər ərzində istehsal etdiyi "CЗД" maşınından gedir.

1971-ci il buraxılışlı nəqliyyat vasitəsi orjinallığı ilə yanaşı, tam saz vəziyyətdədir və əsas detallarına əl vurulmayıb. Hətta texniki pasportu və nömrəsi də Sovet dövründən qalmadır. Bir sözlə, illər heç nəyini əlindən ala bilməyib.

Bağır Məmmədli - Retro avtomobil həvəskarı: "Bu maşının uşaqlıqdan həvəsində olmuşam. Çox axtardım tapa bilmədim. Yumru "Zapı"lardan çox idi, bunlardan yox. Axır ki, tapdım. Arzum yerinə yetdi. Allah hər kəsin arzusunu yerinə yetirsin. Hər şey antikvardı. İçinin salonunu dəyişmişəm. Qalan hər şeyi antikvardı".

İki nəfərlik və iki qapılı olan avtomobil Sovet dövründə veteran və əlillər üçün nəzərdə tutulub və elə bu məqsədlə də istehsal olunub. Maşın motosiklet mühərrikindən və dörd ötürücülü surət qutusundan ibarətdir. Yanacaq tutumu isə 8 litrdir.

Sahibi bu qeyri-adi görünüşlü avtomobilini sərgilərdə nümayiş etdirmək istəyir. Hətta fikrində tutduğu məbləğə alıcı taparsa, satmaqdan da vaz keçməz.

Bağır Məmmədli - Retro avtomobil həvəskarı: "Çox adam, çox şey deyibdir. Hələ bunu üzə çıxartmamışam. Bilirəm ki, çox verərlər. Hardasa 20 min versələr, verərəm".

Doğrudan da, müasir, dinamik həyatda bir qədər nostalji hisslər oyadan elementlərin olması vacibdir. Saz halda olan retro model maşınların yollarda şütüməsi də elə bu cür xoş ovqatı yaradan nümunələrdəndir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıtda 47 yaşlı 20 minlik retro avtomobil

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.