Maraqlı

Dəhşətli cinayət: oğlunu və qızını öldürüb intihar etdi - VİDEO - FOTO

22 Avqust 2017 12:56
4 Şərh     Baxış: 2 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

39 yaşlı Robert Manqan 4 yaşlı qızını və 5 yaşlı oğlunu öldürəndən sonra intihar edib.

Milli.Az KATV ABC7-yə istinadən bildirir ki, faciə ABŞ-ın Arizona ştatındakı Litl-Rok şəhərində yaşanıb

Lindsi Manqan səhər saatlarında evə daxil olanda ərinin və iki övladının cəsədlərini yataq otağında görüb. Robertlə uşaqlar çarpayıda, uzanmış vəziyyətdə idilər.

Robert Manqan iki həftə əvvəl arvadından boşanıb.

Lindsi uşaqlarına baş çəkmək üçün evə getmişdi.

Polisdən verilən ilkin məlumata görə, uşaqların cəsədlərində aşkar zorakılıq əlamətləri yoxdur.

Yük avtomobilinin sürücüsü olan Robert Manqan ötən ilin mayından bəri 3 dəfə həbs olunub.

Onun 4 yaşlı qızı Ketrini və 5 yaşlı oğlu Cozefi qətlə yetirməsinin səbəbləri də bəlli deyil.

R.Manqan övladlarını öldürəndən sonra tapançanın lüləsini gicgahına dayayaraq atəş açıb və intihar edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dəhşətli cinayət: oğlunu və qızını öldürüb intihar etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.