Maraqlı

Striptizçi ulduz: "Bu erməni ailəsi Range Rover-imi qaytarmır" - FOTO

22 Avqust 2017 12:27
0 Şərh     Baxış: 2 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu erməni ailəsi maşınımı, Range Rover-imi qaytarmaq istəmir. O ağ, gözəl maşın mənimdir və mənə də çatmalıdır. Maşını almaq üçün qanun çərçivəsində gərəkən addımları atacağam.

Milli.Az TMZ-yə istinadən bildirir ki, amerikalı striptizçi və model Blək Çayna İnstagram-da belə yazıb.

O, pin-up stilli fotosunu da paylaşıb.

"Keeping Up With The Kardashians" realiti-şousunun sabiq ulduzu, 29 yaşlı Blək Çaynanın yazdığına görə, qeyri-rəsmi nikahda olduğu sabiq əri Rob Kardaşyan onun ağ rəngli Range Rover avtomobilini qaytarmaq istəmir.

ABŞ-ın ən populyar realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan Kim Kardaşyanın qardaşı ilə izdivacda Drim adlı qızını dünyaya gətirmiş Blək Çaynanın dediyinə görə, Rob Kardaşyanla qalmaqallı ayrılma prosesi hələ davam edir.

"Onun mənə hədiyyə etdiyi Ferrari və Lamborghini maşınlarını özünə qaytardım. Range Rover-i isə mən Roba alıb vermişdim. O isə maşınımı qaytarmaq istəmir", - Blək Çayna deyib.

Blək Çayna indi reper Meçi ilə birlikdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.