Maraqlı

Mercedes möhtəşəm kabriolet hazırladı - VİDEO - FOTO

22 Avqust 2017 09:59
0 Şərh     Baxış: 2 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Daimler-Benz korporasiyası Mercedes-Maybach 6 Cabriolet konsept modelini təqdim edib.

Milli.Az AutoBild-ə  istinadən bildirir ki, Mercedes-in baş dizayneri Qorden Veqenerin əsəri olan bu iki yerlik kabrioletin uzunluğu 5700 mm, eni 2100 mm, hündürlüyü 1340 mm-dir.

Avtomobil ötənilki Vision Mercedes-Maybach 6 kupesinin bazasında hazırlanıb.

Yeni konsert modeldəki 747 at gücündə, 55-0 kVt-lıq 5 elektrik mühərriki 100 km/saat sürəti 3,8 saniyəyə əldə edir. Avtomobilin maksimal sürəti 250 km/saatdır.

Akkumulyatorları enerji ilə tam doldurulandan sonra avtomobil NEDC standartı ilə 500 km, EPA standardı ilə 322 km məsafə qət edir.

Dəbdəbəli yaxtanı xatırladan  Mercedes-Maybach 6 Cabriolet salonu çəhrayı qızılla bəzədilib. Təkərlərdə isə 24 düymlük yüngül disklər var.

Salondakı biometrik qurğular sürücünün və sərnişinin səhhətinin durumunu sürəkli monitorinq edir.

Mercedes şirkəti bu maşını Ener-G-Force, AMG Vision Gran Turismo və Vision Tokyo konseptləri ilə bir tutur.

Sadalanan konseptlərin satışa çıxacağı günü gözləmək istəməyənlərsə Mercedes-Maybach S-i ala bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mercedes-Maybach 6 Cabriolet

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.