Maraqlı

Fatma Giriyin muzey kimi evi - FOTO

22 Avqust 2017 13:31
0 Şərh     Baxış: 2 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeşilçam" ulduzu Fatma Girik Bodrumdakı 3 mərtəbəli evinin qapılarını maqazin dərgilərindən birinə açıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa dəniz mənzərəsi olan evində 94 yaşlı anası və itləri ilə yaşayır. O, evini adətən muzeyə çevirib. Fatma villasını vətəndaş nikahında yaşadığı mərhum rejissor əri Memduh Ün və gülüş ustası Kamal Sunalla birlikdə bəyənib aldıqlarını deyib:
 
"600 kvadrat metr sahəsi var. Evdə geyindiyim şortikimlə alış-verişə, gəzintiyə gedə bilirəm. Bura çox öyrəşmişəm. Qapımı döyən olanda "Kimdir?" deyə soruşmuram, çünki heç kimdən qorxmuram. Bu evi 20 il əvvəl Memduh və Kamalla görüb bəyənmişdim. Çox köhnə bir bina idi. Bu hala özüm gətirmişəm. Evimin bütün otaqlarına 60 il boyunca yığıdığm mükafatlarımı, şəkillərimi, film afişalarımı, kitablarımı və şəxsi əşyalarımı yerləşdirmişəm. Elə bil, muzeydir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.