Maraqlı

Ən çox gəlir gətirən FİLMLƏR - SİYAHI

21 Avqust 2017 23:04
0 Şərh     Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ son nümayiş olunan filmlərin kassa gəlirlərini açıqlayıb:

Milli.Az xəbər verir ki, gəlirlərinə görə "Qatilin mühafizəçisi" zirvədə yer alıb. "Annabelin lənəti", "Xoşbəxt Loqan" ilk pillədə qərarlaşıb, pul qazanmağa davam edir. "Dyunkerk" filmi isə ən az kassa gəliri əldə etməsinə baxmayaraq, hələki nümayişi davam edir.

Ötən həftəsonu ən çox izlənilən film "Annebelin lənəti: Şərin yaranması" olub. Belə ki, 18-20 avqust tarixlərində ekran işi 15.5 milyon dollar yığıb. Onun ümumi gəliri isə hələki 160,7 milyon dollardır.

Komediya filmləri içərisində lider isə 21,6 milyon dollar gəlir ilə "Qatilin mühafizəçisi" filmi olub.

Filmin rejissoru "Qarşısıalınmazlar - 3" filmini ərsəyə gətirən Patrik Hyuzdur. Ekran işi sərt tənqid olunmasına baxmayaraq, istirahət günlərində ən çox izlənilən film olub.

Ekran əsərinin beynəlxalq gəliri hələki açıqlanmasa da, Rusiya tamaşaçıları tərəfindən də sevilib. Bu sevginin ümumi gəliri isə 100 milyon rubl olub.

"Qatilin mühafizəçisi" filminin əsas rəqibi olan "Xoşbəxt Loqan"ın büdcəsi 29 milyon dollardır. Filmdə baş rolu "Ceyms Bond" obrazı ilə tanıdığımız Daniel Kreyq oynasa da, bu ekran işinin gəlirlərinə təsir etməyib.

Belə ki, film 8 milyon dollar gəlirlə üçüncü yerdə qərarlaşıb.

Kristofer Nolanın hərbi dramı "Dyunkerk"in ümumi gəliri 392,7 milyon dollarla rekord qıran filmlər arasındadır.

Ekran işi 6,7 milyon dollar gəlirlə ən çox izlənilər arasında 4-cü yer tutub.
"Həqiqi dələ - 2" cizgi filmi isə iki həftə ərzində cəmi 17,7 milyon dollar qazanaraq uğursuzluğa düçar olub. Filmin prodüserlərinin ümidi beynəlxalq kinoteatrlardan qazanacaqları gəlirlərə qalıb.

Qeyd edək ki, ABŞ kinoteatrlarının gəliri ötən illə müqayisədə 13% azalıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.