Maraqlı

Google-un süni intellekti nişanları siləcək

24 Avqust 2017 08:35
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su nişanları (filiqran) şəkli kopyalamadan qorumaq üçün ən etibarlı üsul hesab edilir. Ancaq bu metod da artıq effektiv deyil. Belə ki, "Google" şirkəti süni intellektə istənilən şəkildən filiqranı silməyi öyrədib. Yeni texnologiyanın işini bir sıra şəkillərdə nümayiş etdiriblər. İstehsalçılar, həmçinin süni intellektin işini çətinləşdirmək barədə məlumat veriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mürəkkəb filiqranların bütün şəkildən silinməsi qeyri-mümkün görünə bilər, ancaq eyni nişanlara malik çoxsaylı şəklin təhlili və müqayisəsi süni intellektə bu çətin işin öhdəsindən gəlməkdə kömək edir. Süni intellekt filiqranın naxışını qeydə alır, optimal alqoritm seçir və bundan sonra heç bir problem olmadan fon təsvirini ayırır.

Bu texnologiya fotobank sahiblərinə zərər vura bilər, buna görə "Google", həmçinin alqoritmin qarşısını almaq üsulunu nümayiş etdirib. Bundan ötrü hər bir şəkildəki su nişanını yalnız bir az uzatmaq lazımdır. Fərq adi gözlə görünməyəcək, ancaq süni intellekt nişanı tamamilə silə bilməyəcək və şəkildə izlər qalacaq. Bundan başqa, fotobanklar su nişanlarının əlavə edilməsi alqoritminə təsadüflük daxil edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.