Maraqlı

Google videolarda yenilik etdi

24 Avqust 2017 08:15
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da "Android" sistemi ilə işləyən smartfonların sahibləri "Google Chrome" brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda sözügedən yenilik yalnız ingilis dilli çarxları dəstəkləyir və ABŞ ərazisində işləyir. Ancaq yaxın gələcəkdə bütün dünyada əlçatan olacaq. Həmçinin "iOS" sistemi ilə işləyən cihazlarda videoların önbaxışını görmək mümkün olacaq.

Qeyd etmək lazımdır ki, yeni funksiya yalnız "Wi-Fi" moduluna qoşulma zamanı işləyəcək ki, istifadəçinin internet trafiki boş yerə sərf olmasın. Həmçinin sazlamalardan videoların avtomatik göstərilməsini deaktiv etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.