Maraqlı

"Körpə gəzintidə" filmi gerçək oldu

21 Avqust 2017 23:10
5 Şərh     Baxış: 4 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da çəkilmiş məşhur "Körpə gəzintidə" filminin süjeti Türkiyənin Bursa şəhərində real həyatda yaşanıb.

Milli.Az xəbər verir ki, hadisə Osmanqazinin Bağlarbaşı Məhəlləsində baş verib.
İstanbuldan ailəsi ilə birlikdə qohumlarına qonaq gələn 4 yaşlı A.Ö. evin qapısının açıq olduğunu görən kimi küçəyə çıxıb.

O, mənzildən bir qədər uzaqlaşdığından geri dönə bilməyib. Küçədə azyaşlının tək qaldığını görən vətəndaşlar onu polisə aparıblar. Ac qalmış azyaşlı ona verilən şirniyyatdan imtina etməyib.

Ata və anasının adını tələffüz edə bilməyən azyaşlı özünün adının İbrahim olduğunu deyib. Bir qədər sonra uşağın dayısı polis bölməsinə gəlib.

Azyaşlının "Uşağın evdə olmadığını gördükdə dərhal polisə gəldim. Şükür ki burada imiş. Polislər sağ olsun, ona yaxşı baxıblar", - deyən dayı asayiş keşikçilərinə minnətdarlıq edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.