Maraqlı

Azərbaycanlı sürücü “05” ilə Amerikada - FOTO

21 Avqust 2017 12:50
1 Şərh     Baxış: 5 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakılı sürücünün "VAZ-2105" markalı avtomobili ABŞ-ın Nyu-York şəhərində kameraların obyektivinə tuş gəlib.

Mİlli.Az avtosfer.az-a istinadən xəbər verir ki, tanınmış avtobloq nuriyev.ws-in yaydığı fotoda maşının restoran önündə park edildiyi əks olunur. Nömrə əvəzinə "I love NY, Baku55" ("Mən Nyu-Yorku sevirəm, Bakı 55"-red.) yazısından bilinir ki, avtomobil azərbaycanlıya məxsusdur.

Lakin bu avtomobilin okeanın o tayına hansı vasitə ilə aparıldığı naməlum qalıb.
Qeyd edək ki, Nyu-York Amerika Birləşmiş Ştatlarının əhali sayına görə ən böyük şəhəridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.