Maraqlı

Yupiterlə kometa toqquşacaq - Yer məhv olacaq?

20 Avqust 2017 20:36
2 Şərh     Baxış: 3 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika alimləri Sfit-Tattl kometasının Yupiterlə toqquşmasının Yer kürəsində bütün canlıları məhv edəcəyi barədə xəbərdarlıq ediblər.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, Perseid meteor axınından olan kometa Yerin üzərindən uçacaq və uçuş sürətini və hərəkət trayektoriyasını dəyişməsə, bu səma cismi Yupiterlə toqquşacaq və toqquşmanın nəticələri qiyamətə bənzər olacaq.

Alimlər bu kometanın 65 milyon il əvvəl Yer kürəsilə toqquşaraq dinozavrların məhvinə səbəb olmuş kosmik obyektdən bir neçə dəfə böyük olduğunu deyirlər.

Kometanın uçuş sürətinin çox yüksək olacağı bildirilir. Nəticədə zərbənin gücü dağıdıcı dalğa əmələ gətirəcək. Zərbənin gücü 20 milyon nüvə bombasının partlayışına bərabər olacaq.

Amerika alimlərinin fikrincə, insanlar toqquşmanın qarşısını almasalar, planetimizdəki bütün canlılar məhv olacaqlar.

Tədqiqatçıların sözlərinə görə, toqquşma 4479-cu ildə baş verə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.