Maraqlı

Vikinqlər dövrünə aid 400 əşya oğurlanıb

20 Avqust 2017 18:51
0 Şərh     Baxış: 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 11-13-də Norveçin cənub-qərbində yerləşən Bergen muzeyindən Vikinqlər dövrünə aid 400 əşya oğurlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə muzeyin direktoru məlumat verib. O qeyd edib ki, oğurlanan əşyaların bazar dəyəri yoxdur, lakin onların çox böyük tarixi əhəmiyyəti var. Əgər oğurlanan əşyalar qaytarılmasa, bu, son 200 ildə Norveç muzeylərindəki ən böyük oğurluq hadisəsi olacaq.

Bildirilir ki, oğrular muzeyə yeddinci mərtəbədən daxil olublar. Onların bir neçə nəfər olduğu ehtimal edilir.

Norveç polisi hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.