Maraqlı

Gəlini Sofiya Rotarunun makiyajsız fotolarını paylaşdı - FOTO

20 Avqust 2017 11:59
3 Şərh     Baxış: 3 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komsomolskaya Pravda" yazır ki, pərəstişkarları 70 yaşlı müğənni səhnə qrimi olmadan da pis görsənmədiyini söyləyirlər.

Ölkənin ən populyar aktrisalarından biri - bu statusu yarım əsrdir ki, özündə saxlayır. Sofiya Rotaru avqustun 7-də öz 70 illiyini çox dəbdəbə ilə qeyd etdi. Sevimli ananın, bacının, qaynananın, nənənin  yubileyinə sürprizi onun öz doğmaları etdi - İtaliyaya səfər hədiyyəsi edib, şəxsi təyyarədə ailəlikcə yola düşüblər.

Milli.Az moderator.az-a istinadən bildirir ki, Sardiniyada Sofiya Mixaylovnanı tam istirahət paketi gözləyirdi. Doğmaları bayram təşkilatçılığını öz üzərlərinə götürüb. Gözəl bayram, əla istirahət və  yanında sevimli adamlar - ad günü üçün bundan gözəl nə ola bilər?

Sofiya Rotarunun gəlini məzuniyyətlərindən xeyli şəkilləri İnstaqram səhifəsində yerləşdirib. Onların birində gəlin Svetlana Evdakimovna göstərib ki, müğənni makiyajsız və saç düzümü olmadan necə görsənir.

Bu şəkil müğənninin fanatlarını heyrətləndirib, axı onların sevimli aktrisası adət etmədikləri qrimsiz, saç düzümü olmadan da az gözəl görsənmir. "Yeri gəlmişkən, kosmetikasız böyük Sonya da yaxşı görsənir! Respekt" 70 yaş deyirsiz? Rotaru deyəsən onun üzərində hakim ola bilməyən  zamanı dayandırmaq istəyir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.