Maraqlı

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini yekunlaşdırdı

19 Avqust 2017 12:38
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avqustun 14-dən 18-dək Bakı Konqress Mərkəzində keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatdı.

Milli.Az bildirir ki, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiyasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. 41-ci Dünya Skaut Konfransı çərçivsində skaut təşkilatlarının gələcək inkişafı, onların formalaşma strategiyası və fəaliyyəti, konstitusiyaya edilən dəyişikliklər, təşkilata yeni 9 üzvün seçilməsi mərasimi keçirilib.

Konfrans çərçivəsində səsvermə nəticəsində qəbul olunmuş digər vacib qərarlar arasında 2023-cü ildə beynəlxalq skaut toplantısı - "Cambori"-nin Koreyada, həmçinin 2020-ci ildə 42-ci Dünya Skaut Konfransına və 14-cü Dünya Skaut Gənclər Forumu Misirdə keçiriləcəyi oldu.

Həmçinin konfrans çərçivəsində keçirilmiş iclasda Dünya Skaut Komitəsinə 12 yeni üzvlər seçildi, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Hərəkatı Təşkilatının rəhbər orqanına daxil olub.

Dünya Skautlar Komitəsinin 2017-2020- ci ilərdə yeni sədri Böyük Britaniya
nümayəndəsi Qreq Turpi seçilib. Sədrin müavinləri vəzifəsinə isə ABŞ nümayəndəsi Edvard Endryu Çapman və Qana nümayəndəsi Cemima Narti seçiliblər.

Qeyd etmək lazımdır ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı, 161 ölkədən olan qonaqların iştirakı, miqyasına və iştirakçıların sayına görə, skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük, müsəlman ölkələri arasında isə ikinci tədbirdir.

Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skautlar Hərəkatı Təşkilatında
Azərbaycanı, İlyas İsmayıllının rəhbərliyi altında Azərbaycan Skautlar Assosasiyası təmsil edir. O, eyni zamanda qəbul edən tərəfin təşkilat komitəsinə də başçılıq edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.