Maraqlı

Tələbə qız 31 kq arıqladı: "Həyatımı dəyişdim" - FOTO

19 Avqust 2017 12:34
2 Şərh     Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllər əvvəl sürəkli depressiya idim. Yaşamımdan narazı insana çevrilmişdim. Səbəb isə izafi çəkimdi. İndi bambaşqa həyat yaşayıram.

Milli.Az bildirir ki, Kanadalı bloqer və fitnesçi, "Fit Me Baby" adlı bloqun sahibəsi Liya Konnel belə deyir.

24 yaşlı Liya tələbədir. O, 2013-cü ildə arıqlamağa və fitneslə məşğul olmağa qərar verib.

4 il əvvəl çəkisi 92,58 kq olan Liya fitnes, sağlam qidalanma və idman sayəsində 31 kq arıqlayıb.

"Həyatım boyu gombul bacı, gombul rəfiqə idim. Arıqları lağa qoysam da, arıq olmağı arzulayırdım. Özümü arayırdım. İndi tapmışam. 3 bacıyıq və bacılarım nərmənazik olduqlarından özümə az qala nifrət edirdim. Sonra daşınmaz əmlak agentliyində rieltor işləməyə başlayanda müştərilərlə danışanda hiss edirdim ki, onlar məni kök insan kimi qəbul edirdilər. Bu səbəbdən də arıqlamaq, həyatımı dəyişmək qərarına gəldim", - Liya söyləyib.

Liya indi fitnes təlimatçısıdır. Onun bloqu və İnstagram-dakı profili sürətlə populyarlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.