Maraqlı

Muratla Mervenin ayrılmasının əsl səbəbi ortaya çıxdı - Yenə Eser

19 Avqust 2017 17:04
2 Şərh     Baxış: 1 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Murat Dalkılıçla Merve Boluğur cütlüyünün ayrılma səbəbləri ortaya çıxıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Dalkılıç iki il davam edən evliliklərinin bitmə xəbərini sosial şəbəkədəki paylaşımı ilə təsdiqləmişdi. 

Ayrılığa səbəb olan hadisə Çeşmədə yaşanıb. Murat və Mervenin aralarının soyuq olduğu mediada tez-tez yer alırdı. Onların tez-tez dalaşdığı, ayrı gəzdikləri gündəmdən düşmürdü. 

Çeşmə gəzintisi zamanı cütlük dava edib. Murat tək küçəyə çıxıb. Elə hər şey də bundan sonra baş verib. Eser Yenenler Muratı sakitləşmək üçün Çeşmədəki evinə dəvət edib. Eser evə qız dostlarını da çağırıb. Muratın sarışın bir xanımla eyni masada oturmasını jurnalistlər lentə alıb. Amma nədənsə şəkil heç yerdə yayılmayıb. Hadisədən xəbər tutan Merve Dalkılıçla dava edib. 

Bundan əvvəl Eser Murat Bozu da evinə çağırmış, qızlarla eyni masada əyləşdirmişdi. Bu hadisədən sonra Bozla sevgilisi Aslı Enver ayrılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.