Maraqlı

İlk İnternet-məhkəmə açılıb

19 Avqust 2017 23:05
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Çjeszyan əyalətinin Xançjou şəhərində ilk İnternet-məhkəmə açılıb.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, İnternet-məhkəmə onlayn ticarətdə dələduzluq halları, onlayn borc müqavilələri və İnternetdə müəllif hüquqlarının pozulması ilə bağlı işlərə baxacaq.

Bütün məhkəmə prosedurları məhkəmənin veb-saytı, dinləmələr və hökmün oxunması isə onlayn videotranslyasiya vasitəsilə həyata keçiriləcək.

Daha əvvəl qeyd edilirdi ki, şəhərin məhkəmə sistemi artıq kibercinayətlər üzrə bir çox işə baxır və onların sayı getdikcə artır. 2013-cü ildə məhkəmə bu kimi 600 işə baxırdı, ötən il onların sayı 10 mini ötmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.