Maraqlı

İnsan vaxtının ancaq 60 faizindən istifadə edir, qalan 40 faiz isə...

19 Avqust 2017 20:25
2 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan vaxtının ancaq 60 faizindən istifadə edir. Qalan 40 faizi isə onun iradəsindən kənarda baş verən hadisələrə "sərf olunur". Bu rəqəmi 100 faizə çatdırmaq isə demək olar ki, qeyri-mümkündür. Ancaq buna baxmayaraq, insan müəyyən üsullarla vaxt itkisinin qarşısını ala bilər...

Nədən başlamalı?..

Hesablamalar göstərir ki, insan vaxtının ancaq 60 faizindən istifadə edir. Qalan 40 faizi isə onun iradəsindən kənarda baş verən hadisələrə "sərf olunur".

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bu rəqəmi 100 faizə çatdırmaq isə demək olar ki, qeyri-mümkündür. Ancaq buna baxmayaraq, insan müəyyən üsullarla vaxt itkisinin qarşısını ala bilər. Bəs bu üsullar hansılardır? Elə isə bu barədə daha ətraflı:
- Vaxtınızı hansı işlərə sərf etdiyinizi müəyyənləşdirin.
- Bir ay ərzində hər gün hər yarım saatdan bir gördüyünüz işləri qeyd edin.
- İllik, aylıq, həftəlik və hətta gündəlik iş planı tutun.
- İşlərinizi əhəmiyyətinə görə "növbələşdirin".
- Diqqətinizi daha vacib işlərə istiqamətləndirin.
- Eyni vaxtda bir işlə məşğul olun.
- Başladığınız işi başa çatdırın.
- Psixoloji cəhətdən hazır olun.
- "Çətinlik çəkirəm", "köməyə ehtiyacım var" və s. kimi sözlərdən çəkinməyin.
Vaxta qənaət etmək üçün...
- Yuxudan tez qalxın.
- Gündəlik geyiminizi və çantanızı axşamdan hazırlayın.
- Gününüzü xoş əhvali-ruhiyyə ilə başlayın.
- Sağlamlığınızı qoruyun. Səhhətinizlə bağlı bir problem varsa, aradan qaldırmağa çalışın.
- Özünüzə vaxt ayırın.
- Qətiyyətli olun.
- Məqsədinizə nail olmaq üçün ən qısa yolu seçin. Lazım gəldikdə alternativ yollardan istifadə edin.
- Qeydlər aparın.
- Əgər rəhbər işdəsinizsə, xırdalıqlara getməyin.
- Özünüz üçün ən optimal iş şəraiti qurun.
- Mütləq gündəlikdən istifadə edin.
- Yolda düşünməyə adət edin.
- Sürətli və səmərəli oxumağı öyrənin.
- Potensialınızı artırmaq üçün bütün vasitələrdən istifadə edin.
- Yeni şeylər öyrənməyə çalışın.
"Çağırılmamış qonaqlar"ın vaxtınızı almasına imkan verməyin.
Sizin də səhv etmək hüququnuz olduğunu unutmayın. Ancaq keçmişdə etdiyiniz səhvləri də təkrar etməyin..
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.