Maraqlı

"Windows 10 S"lə işləyən ilk ASUS

20 Avqust 2017 18:50
0 Şərh     Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ASUS" şirkəti yeni "Windows 10 S" əməliyyat sistemi ilə işləyən "VivoBook W202" adlı ilk noutbukunu təqdim edib.
 
Bu noutbuk 1366x768 piksel təsvir ölçülü 11,6 düymlük ekran (ekran 180 dərəcə fırlanır), iki nüvəli "Intel Celeron N3350" prosessoru, 4 QB əməli yaddaş və 64 QB-lıq daşıyıcı ilə təchiz edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yığcam kompüter, həmçinin "HDMI" və "USB 3.0" portları, "SD" yaddaş kartları üçün slot, 0,3 meqapiksellik veb kamera, "Bluetooth" və "Wi-Fi" simsiz kommunikasiya modulları ilə təchiz edilib. Bir neçə mikrofon sayəsində qurğu "Cortana" xidməti vasitəsilə səs komandalarını 4 metrədək məsafədən tanımaq qabiliyyətinə malikdir.
 
Qurğunun ölçüləri 29,4x20x2,25 sm, çəkisi 910 qram təşkil edir. Noutbukun avtonom iş vaxtı 11 saatdır.
 
Noutbuka yeni "Windows 10 S" əməliyyat sistemi quraşdırılıb. Sözügedən sistem adi "Windows 10" ilə müqayisədə daha sürətli işləyir və yüksək təhlükəsizlik səviyyəsinə malikdir.
 
Təhsil seqmenti üçün nəzərdə tutulmuş "ASUS VivoBook W202" modeli 279 dollara təklif edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.